• Mahal
  • 24 Mart 23:01
  •  6 922

Şamaxıda qan qisası: Ruslan Surxayevin qatili öldürüldü

Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb.

Hadisə bu gün saat 21 radələrində baş verib.

AzNews.az xəbər verir ki, 27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində O.Hacıyevə ov tüfəngi ilə atəş açıb. O.Hacıyev xəstəxanaya aparılarkən yolda keçinib.

A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Yayılan məlumatlara görə, öldürülən O.Hacıyev 2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetiribmiş. Orxanı güllələməkdə şübhəli bilinən isə mərhum idmançının qardaşı Amil Surxayevdir.

AzNews.az