• Mahal
  • 8 Aprel 09:26
  •  3 385

Göyçayda yas mərasimində evin eyvanı uçub, xəsarət alanlar var

Göyçayda yas mərasimində evin eyvanı uçub.

Vahidov Fərahim İsrafil oğluna məxsus evin həyətində keçirilmiş yas mərasimi zamanı mərasimdə iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.

Araşdırma aparılır.