- Mahal
- 15 Aprel 16:29
- 3 850
Şuşada BMT Sivilizasiyalar Aylansının həmtəşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

Bu il BMT Sivilizasiyalar Aylansının həmtəşkilatçılığı ilə Şuşada növbəti beynəlxalq konfrans keçiriləcək.
Bu barədə A. Paşazadə İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Pedro Torrubianı ilə söhbətində məlumat verib.
Görüşdə dinlərin insanları dünyada sülhə, qardaşlığa dəvət etdiyini bildirən İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Pedro Torrubia Azərbaycanda dinlər, mədəniyyətlər arasında harmoniyanın yüksək səviyyəsini xüsusi qeyd edərək ölkəmizin bu sahədə qazandığı uğurların bütün dünya üçün bir nümunəvi model olduğunu vurğulayıb.
İşğaldan azad edilən Azərbaycan ərazilərinə səfərləri barədə danışan diplomat qısa müddət ərzində Qarabağda görülən işləri yüksək dəyərləndirib.