• Mahal
  • 16 Aprel 14:54
  •  3 949

Şamaxıda güclü külək və intensiv yağışın fəsadları aradan qaldırılır

Şamaxı rayonunda güclü külək və intensiv yağışın törətdiyi fəsadlar aradan qaldırılır.

Rayonda müşahidə olunan güclü külək və intensiv leysan yağışları ilə bağlı operativ tədbirlər davam etdirilir.

Rayonda fəaliyyət göstərən müvafiq dovlət strukturları bütün ərazi üzrə dəymiş fəsadların aradan qaldırılması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

Güclü külək nəticəsində aşan ağacların ərazidən götürülməsi və ərazi üzrə sel ötürücü qurğuların nəzarətdə saxlanılması təmin olunur.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar rayonun elektrik şəbəkəsində qısamüddətli fasilə yaranıb, görülən operativ tədbirlər nəticəsində rayonda fasiləsiz elektrik enerjisinin verilişi əsasən bərpa olunub.

Hazırda rayon ərazisində küləyin sürəti nisbətən azalsa da, çaylarda selin səviyyəsinin yüksəldiyi, bəzi dağ kəndlərində yağış və qar yağması müşahidə edilir.