- Mahal
- 18 Aprel 11:10
- 2 384
Xorvatiyanın XİN rəhbəri Azərbaycana səfər edəcək

Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman Azərbaycana səfər edəcək.
Bunu “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç deyib.
O bildirib ki, səfər cari ilin oktyabr ayında baş tutacaq.