- Mahal
- 19 Aprel 12:54
- 1 951
Qubada yola qaya uçdu - YENİLƏNİB

Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət bərpa edilib.
Bu barədə Aznews.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.
O bildirib ki, Quba-Qonaqkənd yolunun 31-ci km-də qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri başa çatıb və yolda hərəkət tam bərpa olunub.
10:52
Quba rayonunda qaya parçaları yola düşərək hərəkəti məhdudlaşdırıb.
Aznews.az xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun "Təngə dərəsi" adlanan ərazidən keçən hissəsində baş verib.
Nəticədə 10-dan çox yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Quba-Qonaqkənd yolunun 31-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub:
"Qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri aparılır. Qısa müddətdə yolda hərəkət bərpa olunacaq"- deyə məlumatda qeyd edilib.
AzNews.az