- Mahal
- 20 Aprel 22:53
- 1 111
Salyanda kran faciəsi

Salyan rayonunda kranın qırılan trosu ölümə səbəb olub.
Hadisə Ələt-Astara magistral yolunda, “Yolüstü” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzağa oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.
Lakin hadisə yerinə avtomobili qaldırmaq üçün gələn kranın trosu qırılıb və nəqliyyat vasitəsi sürücünün üzərinə düşüb. Nəticədə Quliyev Sədrəddin hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az