- Köhnə - Dünya
- 3 İyun 2016 21:08
- 2 353
İraqda terror - 40 hərbçi öldü
İraqın Əl-Faluca şəhərində terrorçu-kamikadzelər tərəfindən silsilə partlayışlar törədilib.
Nəticədə azı 40 iraq hərbçisi həlak olub.
Bundan əvvəl İraq hökumətinin nümayəndəsi Bəsam əl-Hüseyni bildirmişdi ki, hökumət qüvvələri və könüllülər ən uzağı bir həftə ərzində Əl-Faluca şəhərini terrorçulardan azad edəcək.
Qeyd edək ki, Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətindədir.
APA.az