- Köhnə - Dünya
- 3 İyun 2016 23:51
- 3 329
700 nəfərin olduğu qayıq aşdı
Yunanstanın Krit adasının cənubunda beynəlxalq sularda xilasetmə əməliyyatı davam edir.
Şimali Afrikadan olan və içərisində 700 miqrantı aparan qayıq aşıb.
Məlumata görə, sulardan yalnız 300 nəfər xilas edilə bilib. Digər sərnişinlərin taleyi haqda heç bir məlumat yoxdur.
Qəza barədə məlumatı ilk olaraq İtaliyanın sahil xidməti alıb. Belə güman edilir ki, miqrantlar əvvəlcə İtaliyaya getməyi planlaşdırıblar, daha sonradan marşurutlarını dəyişiblər.
Yunan mətbuatının yazdığına görə, xilasetmə əməliyyatına helikopter və sahil xidmətinin gəmiləri cəlb edilib.
Musavat.com