Son zamanlar dünyanın bir çox ərazilərində nüvə silahının tətbiqi təhlükəsi gündəmdədir. Bu təhlükəli silahın hansı səbəblərə görə uzun müddət istifadəsinə qadağa qoyulmalıdır? Faktları sizə təqdim edirik. Son zamanlar dünyanın bir çox ərazilərində nüvə silahının tətbiqi təhlükəsi gündəmdədir. Bu təhlükəli silahın hansı səbəblərə görə uzun müddət istifadəsinə qadağa qoyulmalıdır? Faktları sizə təqdim edirik.

Nüvə silahı haqqında qandonduran faktlar (Foto)

Son zamanlar dünyanın bir çox ərazilərində nüvə silahının tətbiqi təhlükəsi gündəmdədir. Bu təhlükəli silahın hansı səbəblərə görə uzun müddət istifadəsinə qadağa qoyulmalıdır? Faktları sizə təqdim edirik.

Nüvə silahı xərçəng xəstəliyinin artımına səbəb olur.

Alimlər uzun müddətdir ki, çoxsaylı nüvə sınaqlarının insan sağlamlığına təsirini araşdırır. Hələ 1961-ci ildə həkim Luiza Reys tərəfindən aparılan araşdırma göstərib ki, nüvə sınaqlarının birinci sriyasından sonra ABŞ-da doğulan uşaqların orqanizmində stronsium-90-radioaktiv izotopunun səviyyəsi yüksək idi. Bu da xərçəng hüceyrələrinin yaranmasına səbəb olur. Məhz bu tədqiqat nüvə sınaqlarının qismən dayandırılması haqqında beynəlxalq müqavilənin meydana gəlməsinə səbəb olur.

Müasir günümüzdə bir çox mütəxəssislər güman edirlər ki, qalxanvari vəzinin xərçənginin yaılmasına səbəb nüvə sınaqlarıdır. 6 000-ə yaxın günahsız insan bunun qurbanı olub.

Nüvə sınaqlarını Ayda keçirmək istəyiblər

Bir vaxtlar SSRİ və ABŞ nüvə sınaqlarının Ayda keçirilməsini planlaşdırıblar. Bu təkcə dövlətlərin supergücünü deyil, həm də nüvə partlayışının havasız şəraitdə necə baş verməsini göstərməli idi. Yekunda, xoşbəxtlikdən, hər iki ölkə bu proqramlardan imtina edib. Ən başlıca səbəb isə bu təcrübənin çox bahalı olmasıdır. Bundan başqa, Ay həmişəlik radiasiyaya yoluxdurulacaqdı.

"Çar-bomba" - Yerdə partladılmış ən güclü nüvə bombası

"Çar-bomba" 1961-ci il, oktyabrın 30-da SSRİ tərəfindən Yeni torpaqda partladılmışdır. Partlayış yükünün gücü 57000 kiloton təşkil edirdi. Müqayisə üçün bildirək ki, Naqasakiyə atılmış nüvə bombası 22 kilotonda gücə malik idi. Partlayışdan sonra nüvə göbələyi 64 kilometr hündürlüyə qalxmışdı. Alimlərin hesablamaları görə, bu partlayış yer oxunun tərpənməsinə səbəb olmuşdu.

Partlayışın gücü təşkilatçıları elə qorxutmuşdu ki, onlar 100 min kilotonluq nüvə silahının sınağından imtina etmişdilər. Bu partlayışa planet dözə bilməzdi.

Yer kürəsində təxminən 15 min-dən çox nüvə yükü saxlanılır

Mütəxəssislərin hesablamalarına görə Rusiyada 7300, ABŞ-da 6970, Fransada 300, Çində 260, B.Britaniyada 215, Hindistanda və Pakistanda - 120 , Şimali Koreyada onlarla, İsraildə qeyri-rəsmi məlumatlara görə 80 nüvə silahı var.

Nüvə silahı ilə baş verən təhlükəli hadisələr

1961-ci ildə iki nüvə silahlı ilə yüklü B52 bombardmançısı havada olan zaman sıradan çıxır. Nəticədə 3-4 min kilotonluq 2 nüvə bombası yerə düşür. Xoşbəxtlikdən, onlar işə düşmür.

1968-ci ildə daha bir B52, 4 nüvə silahı ilə birlikdə Qrenlandiyanın sahillərində qəzaya düşür. Jurnalistlər iddia edirdilər ki,bombalardan biri hələ də tapılmayıb.

Həyəcan siqnalının səbəbkarı- Ayı

ABŞ və SSRİ tarixində bir neçə dəfə rəqibinə təsadüfən nüvə zərbəsi endirə bilərdi və ya rəqibin nüvə zərbəsi barədə səhvən siqnal alınıb. Səhv siqnala baxmayaraq, soyuqqanlı və təcrübəli zabitlər texniki azaslığa görə cavab zərbəsi endirməyiblər.

1962-ci ildə ABŞ-ın təyyarə bazasının direktoru uçuş zolağına şəxsi maşını ilə yollanaraq bombardmançıların havaya qalxmasının qarşısını alıb. Məlum olub ki, həyəcan siqnalının işə düşməsinə səbəb təyyarə bazasının hasarına çıxan ayı olub.

Təkcə nüvə yüklü bir təyyarə bəşəriyyətin məhvinə səbəb ola bilər

Müasir günümüzdə ABŞ-ın B2 "stels" bombardmançısı 16 ədəd В83 nüvə raketini daşıya bilər. Həmin raketlərdən biri Naqasakiyə tullanılmış bombadan 75 dəfə güclüdür.

Daha bir qorxulu fakt - sualtı gəmi 154 belə raket götürmək gücündədir.

Nüvə bombasının hazırlanması sxemi ilə hər kəs tanış ola bilər

Bu fotonu rahatlıqla internetdə tapmaq mümkündür. Nüvə silahını istənilən vətəndaş internetdə topladığı məlumat əsasında hazırlaya bilər. Lakin bir məsələ var - bunun üçün nüvə yükü lazımdı.

AzNews.az