İranın Gülüstan vilayətində kömür mədənində partlayış baş verib. İranın Gülüstan vilayətində kömür mədənində partlayış baş verib.

İranda partlayış- 50 nəfər dağıntılar altında qaldı

İranın Gülüstan vilayətində kömür mədənində partlayış baş verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Azadşəhr şəhərində qeydə alınan hadisə nəticəsində azı 50 nəfər toprağın alt qatlarında qalıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım avtomobilləri, helikopterlər və xilasedicilər cəlb olunub. Rəsmilər qəzanın miqyasını müəyyən etməyə çalışırlar. Gülüstan vilayətinin fövqəladə hallar üzrə şöbəsinin rəhbəri Sadiq Əli Moğadam mədəndə neçə nəfərin olduğuna dair dəqiq məlumatın olmadığını bildirib. Vilayətin mətbuat katibi Əli Yazərloo qeyd edib ki, partlayış yerli vaxtla 12:45-də qeydə alınıb. Bəzi mənbələr qəzanın fəhlələr növbə dəyişən zaman baş verdiyini bildiriblər. Sözügedən mədəndə 500-dən çox fəhlə fəaliyyət göstərir.

Bəxtiyar Abbasov

AzNews.az