- Köhnə - Dünya
- 5 May 2017 14:48
- 7 328
Şimali Koreya liderini öldürmək istədilər- PLAN
Şimali Koreya liderinə qarşı hazırlanmış sui-qəsd planı ifşa olunub.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat Agentliyi Şimali Koreya lideri Kim Çen Ina qarşı sui-qəsd planı hazırlayıb.
Şimali Koreyanın dövlət təhlükəsizliyi xidmətinin yaydığı açıqlamaya əsasən, naməlum terrorçu qruplaşma planı icra etmək üçün ölkəyə daxil ola bilib.
Plana görə sui-qəsd biokimyəvi maddə ilə icra olunacaqmış. Eyni zamanda, sui-qəsdin təşkilində Cənubi Koreyanın da kəşfiyyat agentliyi iştirak edib.
Rəsmi Pxenyan vəziyyətlə əlaqədar “anti-terror hücumları”na keçib. Rəhbərlik terrorçuların aşkarlanacağını və amansızca məhv ediləcəyini bildirib.
Amerika Birləşmiş Ştatlarının Koreya yarımadası ətrafında hərbi fəallığı ilə əlaqədar bölgədə gərginlik son günlərdə daha da şiddətlənib. Hətta, Pxenyan qarşı tərəfi nüvə silahı ilə hədələyib.
Bəxtiyar Abbasov
AzNews.az