Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun istintaqına cəlb olunmayıb. Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun istintaqına cəlb olunmayıb.

“Mənə qarşı istintaq başladılmayıb” – Donald Tramp

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun istintaqına cəlb olunmayıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu ifadələri bir neçə gün əvvəl işdən qovulan FTB direktoru Ceyms Kominin öz dilindən eşidib. Tramp təkidlə bildirir ki, ona qarşı heç bir hüquqi proses başladılmayıb.

İddialara görə, Trampın prezident seçkilərində qalib gəlməsinə səbəb onun Rusiya ilə əlaqələri olub.

Məlumata görə, Federal Təhqiqatlar Bürosu bu barədə istintaq aparmaq üçün daha çox mənbəyə çıxış tələb edib. Tramp onunla bağlı qaldırılan iddiaları isə, əssasız hesab etsə də, belə bir vaxtda FTB direktoru Ceyms Kominin işdən qovulması Trampa qarşı şübhələrin artmasına səbəb olub.

Tramp onun işdən qovulmasına səbəb kimi sabiq dövlət katibi Hilari Klintonun elektron poçtları ilə əlaqədar aparılan istintaqla bağlı yalnış məlumat verməsini göstərmişdi.

Tramp məsələ ilə bildirib ki, Komini işdən azad etmək onun öz qərarıdır. Daha əvvəl isə qeyd olunur ki, Tramp Ağ Evin yüksək rütbəli şəxslərinin məsləhəti ilə onu işdə kənarlaşdırıb.

Bəxtiyar Abbasov

AzNews.az