Braziliya hökuməti Zika virusu ilə əlaqədar fövqəladə vəziyyəti ləğv edib. Braziliya hökuməti Zika virusu ilə əlaqədar fövqəladə vəziyyəti ləğv edib.

Braziliyada fövqəladə vəziyyət ləğv olundu- Zika virusuyla bağlı

Braziliya hökuməti Zika virusu ilə əlaqədar fövqəladə vəziyyəti ləğv edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, virusa yoluxma halları kəskin sürətdə aşağı düşüb.

Rəsmilər qeyd ediblər ki, yanvar ayından etibarən ötən il ilə müqayisədə virusa yoluxma halı 95 faiz azalıb.

Virus yeni doğulmuş uşaqlarda mikroçefaliya – başın normadan balaca olmasına səbəb olur. Ağcaqanadla yoluxan epidemiya 2016-cı ildə Olimpiya oyunları keçirilən ərəfədə daha çox vüsət almışdı.

Ümumdünya Səhiyyə Təşkilatı epidemiya ilə əlaqədar dünya üzrə fövqəladə vəziyyəti ötən il noyabr ayında ləğv etmişdi.

Virus 30 ölkədə, o cümlədən, qonşu Türkiyədə də aşkarlanmışdı.

Bəxtiyar Abbasov

AzNews.az