- Köhnə - Dünya
- 12 May 2017 12:43
- 5 147
Romada partlayış baş verib
İtaliyanın paytaxtı Romada baş vermiş partlayış insanlar arasında təşvişə səbəb olub.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində insan itkisi olmayıb. Lakin partlayış dalğası bir avtomobilə ziyan vurub.
Hadisənin bu səhər Aventino küçəsində poçtun yaxınlığında qeydə alındığı bildirilir. Aventino küçəsi Romanın mərkəzi hissəsində yerləşir. Məlumata görə, partlayış bölgəsində hazırda yanğınsöndürənlər və polis qüvvələri fəaliyyət göstərir. Polis partlayışın səbəblərini araşdırır. Hadisənin terror aktı olub-olmadığı məlum deyil. Polis heç bir versiyanı, o cümlədən, partlayıcının kustar üsulla hazırlanması ehtimalını istisna etmir.
Bəxtiyar Abbasov
AzNews.az