- Köhnə - Dünya
- 12 May 2017 23:14
- 4 219
Suriyalılar İsveçdə ən böyük ikinci xalq oldu
Uzun illər İsveçdə miqrantların ən böyük qrupu finlər sayılırdı. Amma İsveç Mərkəzi Statistika İdarəsinin (MSİ) son məlumatlarına görə, artıq suriyalılar onları geridə qoyublar.
AzNews.az Modern.az-a istinadən xəbər verir ki, MSİ nümayəndəsi jurnalistlərə müsahibəsində bildirib ki, “son bir neçə ildə İsveçə olduqca çox suriyalı gəlib. Ötən il burada 50 mindən çox adam məskunlaşıb”. O, əlavə edib ki, bu göstərici tarixi hadisədir.
MSİ nümayəndəsinin məlumatına görə, İsveçdə yaşayan suriyalıların sayı bu ilin martında 158 min nəfər təşkil edib, halbuki finlərin sayı 153 min nəfərə bərabərdir. Qeyd edək ki, miqrantların sayı hesablananda ölkədə rəsmi qeydiyyatdan keçənlər nəzərə alınıb, çünki sığınacaq almaq üçün müraciət edən şəxslər bu siyahıya daxil edilməyib.
İsveçə bu qədər qaçqının gəlməsi Suriyada gedən müharibə ilə bağlıdır.
Qeyd edək ki, hazırda İsveç vətəndaşlarının təqribən 18 faizi əcnəbi mənşəlidir. Ancaq bu ölkədə yaşayan finlərin sayı azalmaq üzrədir, çünki onların xeyli hissəsi İsveçə hələ ötən əsrin 80-ci illərində əmək miqrantı kimi gəlib.