- Köhnə - Dünya
- 27 Aprel 2018 21:50
- 3 087
BMT baş katibi Ermənistan prezidentinə çağırış etdi
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Ermənistanın prezidenti Armen Sarkisyanla telefon danışığı keçirib.
Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bunu jurnalistlərə Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Danışıqlar zamanı Ermənistanda baş verən son hadisələr müzakirə olunub: "Antonio Quterreş Ermənistanda baş verən son hadisələrlə bağlı vəziyyətin sülh yolu ilə, münaqişə tərəfləri arasında dialoq vasitəsilə və konstitusion çərçivədə həll olunmasının vacibliyini vurğulayıb", deyə Ddüjarrik bildirib.
AzNews.az