- Köhnə - Dünya
- 29 Aprel 2018 11:24
- 2 299
Tayvanda güclü yanğın - Ölənlər var
Tayvanın Taoyuan şəhərində mikrosxem istehsalı müəssisəsində yanğın baş verib.
Trend-in məlumatına görə, yanğın nəticəsində 7 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb. Həlak olanların 2-si müəssisədə çalışan miqrant, 5-i isə yanğınsöndürən olub. Yaralanan 7 yanğınsöndürən xəstəxanaya yerləşdirilib.
Hazırda yanğının səbəbi müəyyənləşdirilir.
AzNews.az