- Köhnə - Dünya
- 1 Sentyabr 2018 09:55
- 3 604
Vəbaya yoluxanların sayı artıb - Əlcəzair
Əlcəzairdə vəbaya yoluxanların sayı 74 nəfərə çatıb.
AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Xəstəliyinə yoluxmaqda şübhəli bilinən 88 nəfər isə 4 əyalətin xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, daha əvvəl ölkədə 2 nəfərin bu xəstəlikdən öldüyü bildirilib.
AzNews.az