- Köhnə - Dünya
- 4 Sentyabr 2018 14:54
- 3 886
"Paşinyan Ermənistanın keçmiş baş naziri Tiqran Sərkisyanı tutdurmaq istəyir" - Erməni mediası
Ermənistanda keçmiş baş nazir Tiqran Sərksiyanın həbsinə hazırlıq görülür.
Ölkənin hüquq mühafizə orqanları hazırda Rusiya tərəfindən Avrasiya məkanında Avropa Birliyinə alternativ olaraq yaradılan, Avrasiya İqtisadi İttifaqının əsas icraedici orqanı sayılan, Avrasiya İqtisad Komissiyası Kollegiyasının sədri vəzifəsində çalışan Tiqran Sərkisyanla bağlı materiallar toplayır.
Ermənistanın “168 jam” qəzetinin verdiyi məlumata əsasən, Tiqran Sərkisyan barədə cinayət işi daha öncə açılmalı imiş. Lakin Kremlin KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsinə sərt reaksiyası Paşinyan iqtidarını müvəqqəti olaraq geri çəkilməyə məcbur edib.
İşi maraqlı edən cəhət Rusiyanın qurduğu iki beynəlxalq quruma, yəni KTMT-yə və Avrasiya İqtisadi ittifaqına Ermənistanın nümayəndələrinin rəhbərlik etməsidir. İndi Paşinyan iqtidarının onlara qarşı daxildə cinayət işini birdən başlaması Moskvanın qəzəbini daha da alovlandıra bilər.
Tiqran Sərkisyanın özünə gəlincə isə, o, keçmiş SSRİ daxilndə məşhur iqtisadçılardan biri hesab edilr. T. Sərkisyan 1998-2008-ci ilər ərzində Ermənstan Mərkəzi Bankının sədri, 2008-2014-cü illərdə isə Ermənistanın baş naziri olub. 2014-2016-cı illərdə isə o, Ermənistanın ABŞ-dakı səfiri vəzifəsinədə çalışıb. T.Sərkisyanı Ermənistanın müasir maliyyə-kredit sisteminin memarlarından biri hesab edirlər.
Keçmiş baş nazirlə bağlı bilinən ən məşhur cinayət işi Kiprdə qeydə alınan “Wlispera holdings limited” adlı şirkətlə bağlıdır.
Mediada gedən məlumatlara görə, 2013-cü ilin mayında həmin offşor şirkətinin səhmdarları arasında Aşot Sukiasyan adlı iş adamı ilə birlikdə Tiqran Sərkisyanın və Samvel Kçoyanın adı göstərilib.
Aşot Sukiasyan, Tiqran Sərkisyan və Navasard Kçoyan
Erməni mediası həmin vaxt adı çəkilən Tiqran Sərkisyanın elə baş nazirin özü, o biri səhmdarın isə Erməni Apostol Kilsəsinin Ararat Yeparxiyasının rəhbəri Navasard Kçoyan olduqlarını yazmışdı.
Həmin cinayət işinə əsasən, Aşot Sukiasyan Ermənistanda fəaliyyət göstərən “Armeniabank”dan 10,7 miyon dollar kredit alaraq guya Afrikada almaz işinə girişib. Sukiasyan kredit verilməsi üçün ona Paylak Ayrapetyan aldı iş adamı da kömək edib.
Lakin Afrikada Aşot Sukiasyanı "aldadıblar" və Ermənistanda onunla bağlı beynəlxaq axtarış elan edilb. Sukiasyan özü 2014-cü ilin yanvarında Tiflis hava limanında yaxalanır.
Tiqran Sərksiyan isə sonradan adının Aşot Sukiasyanın şirkətində düşməsindən hiddətləndiyini söyləyib. Keçmiş baş nazir həmin şirkətdə adının necə keçdiyi bardə təsəvvürü olmadığını söyləsə də Kiprin baş prokuroru Petros Klerides adamın özünün razılığı və ya etibarnamə ilə müvəkkil etdiyi şəxsin imzası keçmədən hər hansı şirkətin qeydiyyatının aparılmasınınn mümkün olmadığını söyləymişdi.
Bundan başqa, Ermənistanın özündə həmin vaxt 10 milyon dollar kimi iri məbləğin yuxarıların razılğı olmadan alnmasına şübhə ilə yanaşılır.
Tiqran Sərkisyandan sonra növbəti hədəfin artıq Serj Sərkisyan olacağı ehtimal edilir. (Musavat.com)
AzNews.az