- Köhnə - Dünya
- 7 Sentyabr 2018 23:33
- 4 282
Ərdoğan Xamenei ilə görüşdü
Xəbər verdiyimiz kimi, bu gün Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü keçirilib.
“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, toplantıdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın ali dini rəhbəri Seyid Əli Xamenei ilə görüşüblər.
Ayətullah Xamenei müsəlman ölkələrin birliyinin regiondakı problemlərin həllində faydalı olacağını söyləyib:
“İran və Türkiyə regionun iki güclü dövlətidir. İslam dünyası üçün ortaq baxışları və məqsədləri var. Buna görə də iqtisadi və siyasi sahələrdə münasibətlər gücləndirilməlidir”.
Ərdoğan isə Qərbin İslam ölkələrinə qarşı münasibəti nəticəsində həssas bir zamanda olduqlarını, Türkiyə və İranın həmrəylik və qardaşlığının möhkəmlənməsinin vacibliyini qeyd edib.
AzNews.az