- Köhnə - Dünya
- 10 Sentyabr 2018 22:51
- 4 103
Trampın Kuba qərarı
ABŞ prezidenti Donald Tramp Kubaya qarşı ticarət sanksiyalarının 2019-cu ilin 14 sentyabrınadək uzadılması barədə qərar qəbul edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev başçısı bununla yanaşı, embarqonun yumşaldılması imkanını da saxlayıb.
"Mən Kuba ilə bağlı tədbirlərin bir il uzadılmasının Birləşmiş Ştatların maraqlarına uyğun olması barədə qərar qəbul etdim", - deyə prezident qeyd edib.
AzNews.az