- Köhnə - Dünya
- 11 Sentyabr 2018 08:32
- 5 674
Zəlzələ qurbanlarının sayı 44-ə çatdı
Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələ və torpaq sürüşmələri zamanı ölənlərin sayı 44 nəfərə çatıb.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, axtarış işləri başa çatıb. Bu, itkin düşənlərin olmaması ilə bağlıdır.
Daha əvvəl təbii hadisə zamanı 42 nəfərin öldüyü bildirilirdi. Qeyd edək ki, zəlzələ 6,7 bal gücündə qeydə alınıb.
AzNews.az