- Köhnə - Dünya
- 11 Sentyabr 2018 11:55
- 6 571
ABŞ-dan uyğur türklərinə dəstək - Çinə tarixi sanksiya hazırlanır
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Çinə uyğur türklərinə görə sanksiya tətbiq edəcəyi bildirilib.
AzNews.az “Euronews”a istinadən xəbər verir ki, Çinin uyğur türkləri və müsəlman əhaliyə yönəlik davranışları Ağ Evdə müzakirə olunur.
Bu səbəbdən də Tramp hökumətinin Çinə sanksiya tətbiq etməyə hazırlaşdığı qeyd olunub.
Sanksiyalar Ağ Ev, Xarici İşlər və Maliyyə Nazirliklərində müzakirə edilir.
İqtisadi sanksiyalardan əlavə, uyğurları izləmək üçün istifadə olunan texnologiyaların da Çinə satışının qarşısı alınması planlaşdırılır.
Belə bir sanksiya tətbiq olunsa, ABŞ-ın Çinə ilk dəfə insan haqlarına görə qadağa qoyması tarixə çevriləcək.
Nurlan AĞA
AzNews.az