Atlantik okeanından yaxınlaşan "Florens" qasırğası səbəbindən şəhər rəhbərliyi Vaşinqtonda fövqəladə rejim elan edib. Atlantik okeanından yaxınlaşan "Florens" qasırğası səbəbindən şəhər rəhbərliyi Vaşinqtonda fövqəladə rejim elan edib.

Vaşinqtonda fövqəladə vəziyyət

Atlantik okeanından yaxınlaşan "Florens" qasırğası səbəbindən şəhər rəhbərliyi Vaşinqtonda fövqəladə rejim elan edib.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, şəhər meri Müriel Bouzer "Twitter" səhifəsində bununla bağlı sərəncam imzaladığını yazıb.

Qeyd edək ki, artıq dünən "Florens" qasırğasının ABŞ-ın cənub-şərq sahillərinə doğru irəliləməsi barədə ABŞ-ın qasırğalara nəzarət Milli Mərkəzi xəbərdarlıq edib.

Qasırğanın sentyabrın 13-də ABŞ-a çatacağı bildirilir.

Güclü küləyin surətinin saatda 165 km-ə çatacağı proqnozlaşdırılır.

AzNews.az