- Köhnə - Dünya
- 12 Sentyabr 2018 09:19
- 4 460
Rusiyalı politoloq Paşinyan hökumətini yıxdı-sürüdü - “Erməni nazirlər təcrübəsizdir”
"İstənilən halda problemlər var. Yeni erməni rəsmilərinin problemləri həll etmək üçün kifayət qədər təcrübəyə malik olmadığı aydındır".
AzNews.az Ordu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Skakov bildirib. Politoloqun açıqlaması erməni KİV-lərində də geniş dərc edilib.
A.Skakovun sözlərinə görə, Moskva Ermənistanda hakimiyyətin dəyişməsindən sonra gözləntilərinin xəyal qırıqlığına gətirib çıxaracağından narahatdır.
"Ermənistanda hakimiyyətin dəyişməsi böyük ümidlərə səbəb oldu və indi Moskva bu gözləntilərin xəyal qırıqlığına gətirib çıxaracağından narahatdır. Əlbəttə ki, bütün nazirlər təcrübəli deyil. Amma bu praktikanı vaxt keçdikcə qazanacaqlar", - deyə politoloq qeyd edib.
AzNews.az