- Köhnə - Dünya
- 12 Sentyabr 2018 10:07
- 4 267
Həbsdə olduğu deyilən məşhur azərbaycanlı Nyu-York restoranında göründü - Foto
![](https://www.aznews.az/storage/2018/09/12/rza-zerrab-hebs.png)
“Halkbank” münaqişəsinin əsas nöqtələrindən olan Rza Zərrab Nyu-York şəhərində bir restoranda görüntülənib.
AzNews.az “Vatan” qəzetinə istinadla bildirir ki, həbsdə olduğu iddia olunan biznesmenin fotosunun yayılması bunun real olmadığını əks etdirib. Bu da Zərrabın adını dəyişdirərək başqa bir evdə yaşadığı haqda fikir yaradır.
Bir həftə əvvəl çəkilmiş fotoda Rza Zərrabın Nyu-Yorkdakı “Nobu” restoranında olduğu məlum olur.
Zərrab yanında iki qadınla birlikdə şərab içərək telefonla məşğuldur.
O, restorandan çıxdıqdan sonra qoruyucuları güman edilən iki nəfər də ardınca gedib.
Nurlan AĞA
AzNews.az