- Köhnə - Dünya
- 21 Sentyabr 2018 18:27
- 4 356
Liviyada yenə qan töküldü - 11 nəfər öldü
Liviyanın paytaxtı Tripolidə silahlı qruplaşmalar arasında toqquşmalar qeydə alınıb.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində 11 nəfər həlak olub.
Bundan başqa, 30-dan çox şəxsin yaralandığı bildirilir. Ölən və yaralananların böyük əksəriyyəti dinc sakinlər olub.
BMT-nin hesabatına əsasən, avqust ayının sonlarına Tripolidə müxtəlif qruplaşmalar arasında qeydə alınmış toqquşmalarda 96 nəfər həlak olub, yaralıların sayı isə 400 nəfəri keçib.
AzNews.az