- Köhnə - Dünya
- 22 Sentyabr 2018 23:26
- 3 861
Türkiyədə "Google" milyon dollar cərimələndi
Türkiyənin Antiinhisar komitəsi “Google” şirkətini 93 milyon lirə (15 milyon dollara yaxın) məbləğində cərimələyib.
Bu qərar mobil qurğular üçün proqram təminatının satışı sahəsində rəqabət qaydalarının pozulması ilə bağlı qəbul edilib.
Qeyd olunur ki, bununla əlaqədar olaraq “Google”, “Google İnternational” və “Google Reklamcılık” şirkətləri cərimələnib. Bu şirkətlərə altı ay ərzində qayda pozuntularını aradan qaldırmaq və bazarda səmərəli rəqabətqabiliyyətliliyi bərpa etmək tapşırılıb. (modern.az)
AzNews.az