- Köhnə - Dünya
- 26 Sentyabr 2018 07:41
- 4 393
Maduro Trampla görüşmək istəyir
Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampla şəxsən görüşməyə hazır olduğunu bildirib.
AzNews.az “Report”a istinadən xəbər verir ki, o bunu dövlət televiziyasının efirində deyib.
"Düşünürəm ki, danışsaq bir-birimizi anlayacağıq. Allah etsin, günlərin birində təkbətək görüşümüz baş tutsun", - deyə o əlavə edib.
Venesuela prezidenti həmçinin Vaşinqtonu ABŞ ərazisindəki bütün Latın Amerikası və Karib miqrantlarını qanuniləşdirməyə çağırıb.
Öz növbəsində o, 8,3 mindən çox əcnəbiyə Venesuela vətəndaşlığının verilməsi barədə fərman imzalayıb.
AzNews.az