- Köhnə - Dünya
- 26 Sentyabr 2018 21:48
- 4 454
Çinin ABŞ-a cavabı gecikmədi
Çin xarici işlər naziri Van İ bəyan edib ki, Pekin ünvanına yönəlmiş əsassız ittihamları qəbul etmir.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, nazir ölkəsinin digər dövlətlərin daxili işlərinə qarışmadığını xüsusi vurğulayıb.
“Qarışmama prinsipi Çinin xarici siyasətinin ənənəsidir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Çin hakimiyyətini ABŞ Konqresinə aralıq seçkilərinə müdaxilə etməkdə günahlandırıb. O hesab edir ki, Pekin ABŞ-ın ticarət siyasətini dəyişmək üçün respublikaçıların qələbəsinə mane olmağa çalışır.
AzNews.az