- Köhnə - Dünya
- 28 Sentyabr 2018 07:48
- 4 778
Ərəb nazirdən Kanadaya ismarış: “Ölkəmiz “banan respublikası” deyil”
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr Kanadanı ölkəsindən üzr istəməyə çağırıb.
O, Kanadanın səudiyyəli qadın fəalların azadlığa buraxılması tələbini “bizə mühazirə oxumayın” sözləri ilə cavablandırıb:
“Kanada Səudiyyə Ərəbistanını qadınların hüquqlarının müdafiəsi ilə bağlı tənqid edə bilər, həbs olunan qadınların azadlığa buraxılmasını tələb etməyə isə haqqı yoxdur. Ölkəmiz “banan respublikası” deyil. Heç bir dövlətin bizdən bunu tələb etməyə haqqı çatmır. Üzr istəyin və səhv etdiyinizi boynunuza alın”.(qafqazinfo.az)
AzNews.az