- Köhnə - Dünya
- 28 Sentyabr 2018 18:14
- 4 338
İran-Pakistan sərhədində silahlı toqquşma - Ölənlər var
İran-Pakistan sərhədində terrorçularla İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİİKK) silahlı birləşmələri arasında silahlı toqquşma baş verib.
Sərhədin Seravan məntəqəsində bir qrup silahlamış terrorçu gizli yollarla İran ərazisinə daxil olmağa cəhd edib. Aşkar edildiklərini görən terrorçular silahlı müqavimət göstəriblər. Baş verən silahlı toqquşma nəticəsində 4 terrorçu məhv edilib, ikisi isə yaralı olaraq saxlanılıb.
Baş vermiş insident ilə əlaqədar araşdırma aparılır. Terrorçular dindirilir və əlaqələri müəyyənləşdirilir.(AZƏRTAC)
AzNews.az