- Köhnə - Dünya
- 1 Oktyabr 2018 08:46
- 4 677
Rusiya Suriyada neçə hərbçisini itirib?
Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri Viktor Bondarev ölkəsinin Suriyada əməliyyatlara başlamağının üçüncü ildönümü səbəbilə açıqlama verib.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, o, “Hazırda Silahlı Qüvvələrimizin Suriyada itkiləri 112 nəfər təşkil edir. Onun da təxminən yarısı qəzaya uğramış An-26 və vurulmuş İl-20-nin payına düşür. Texnika cəhətdən 8 təyyarə, 7 vertolyot və ola bilsin ki, 1-2 “BTR” və zirehli maşın itirilib”, - deyə bildirib.
Sədr söyləyib ki, 2003-2006-cı illərdə İraqda gerçəkləşən əməliyyatlarda ABŞ koalisiyası 2 min 5151 əsgər, 10-20 tank, ən az 50 zirehli maşın, 15 təyyarə və 80 helikopter itirib.
Qeyd edək ki, 6 mart tarixində Rusiyaya məxsus An-26 nəqliyyat təyyarəsinin texniki problemlər səbəbilə qəzaya uğraması 39 rus əsgərinin ölümü ilə nəticələnmişdi.
AzNews.az