Təhsil işçiləri etiraz aksiyası keçirdi

İngiltərədə təhsil işçiləri etiraz aksiyası keçiriblər. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iş rejimi və əmək haqqının azlığına etiraz olaraq təşkil edilən nümayişlərə xeyli sayda müəllim qatılıb. Təhsil naziri Maykl Gov isə açıqlamasında keçirilən aksiyanı "tərəddüdsüz qınayıram" , – deyə qeyd edib. O, peşə sahibləri ilə danışıqlara getməyə hazır olduğunu bildirsə də, nümayişçilərin bu etirazı ideoloji əsaslara keçirdiklərini vurğulayıb. Ölkənin şərqində başlanan mitinqlərdən sonra minlərlə məktəb və təhsil ocağı öz işin dayandırıb.

AzNews.az