- Köhnə - Dünya
- 7 Oktyabr 2013 19:50
- 2 589
Sevgilisinə striptiz göstərib, başını kəsdi- Foto
Ölüm planını isə gənc qadın hələ əvvəldən hazırlayıb. Belə ki, 19 yaşlı qız striptiz göstərərək keçmiş sevgilisini yataq otağına aparıb və otaqdakı yeni sevgilisinə onu öldürməyi əmr edib.
AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, 19 yaşlı qadının 3 uşağı var. Onlardan ikisi öldürdüyü keçmiş sevgilisi Jöze Reyesin qardaşı Jorqedəndir. Yeni sevgilisindən də 3 aylıq hamilə olan 19 yaşlı gənc qadının bu hərəkəti hər kəsi dəhşətə salıb.
Hadisədən sonra evə gələn qızın 56 yaşlı atası Salvador Gutierrez Reyesin cəsədini başı kəsilmiş və parçalanmış halda tapıb. Bundan sonra qadının atası cəsədi evin bağçasında basdırmaq qərarına gəlib.
Gutierrez ailəsinin evində aparılan axtarış zamanı cəsəd tapılıb və həm ata, həm də qızı saxlanılıb. Polisin məlumatına görə, qatil ailənin evində ayri-ayrı qablarda insan əti tapılıb. Ancaq bu parçaların öldürülən şəxsə aid olub-olmadığı hələlik dəqiq məlum deyil.
Elnur
AzNews.az