“İranlılar azad olsaydılar, cins geyinərdilər”


"Əgər iranlılar azad olsaydılar, o zaman cins geyinər, qərb musiqisinə qulas asar və azad seçki keçirərdilər".


Bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

AzNews.az "The Guardian"a istinadən bildirir ki, Netanyahunun bu bəyanatı BBC-nin fars xidmətinə müsahibədə deyib.

Baş nazirin bu bəyanatı İran gəncləri arasında narazılıqla qarşılanıb.
Qeyd edək ki, bundan əvvəl Netanyahu Həsən Ruhani ilə telefonda danışmağın mümkünlüyünü istisna etməyib. Ancaq özü birinci zəng vurmayacağını deyib.

Elnur
AzNews.az