Ən bahalı almaz satıldı – 30.600.000 dollara


Kiçik bir yumurta böyüklüyündəki 118 karatlıq almaz, bir hərracda indiyə qədər satılan ən qiymətli daş-qaş olub. Almaz 30 milyon 600 min dollara satılıb. Afrikanın cənubunda 2 il əvvəl çıxarılan və oval formalı olan almaz 27 milyon 300 min dollar başlanğıc qiymətlə satışa təqdim edilib.

Honq-Konqda "Sotheby ‘s" şirkətinin təşkil etdiyi ləl-cəvahirat hərracında satışa təqdim edilən, 118 karatlıq almaz, telefonla hərracda təklif verən 2 iştirakçıdan birinin uduzması nəticəsində yalnız 6 dəqiqəyə satılıb. Daha əvvəlki rekord, 6 ay əvvəl "Christie `s" hərrac şirkətinin İsveçrənin Cenevrə şəhərində təşkil etdiyi hərracda 26 milyon 700 min dollara satılan bir ağ almaza aiddir.

Rəhim Qədirov
AzNews.az