Suriyada «rus casusu» ələ keçdi

Moskvanın Dəməşqdəki səfirliyi Suriya ərazisində Rusiya vətəndaşının oğurlanması haqda xəbəri yoxlayır.

Lent.az-ın "nyusru"-ya istinadən məlumatına görə, Rusiya onun ekstremal turizm həvəskarı olduğunu bildirib.

"Liua ət-Tauhid" yaraqlılar təşkilatı rusiyalı səyyahın fotosunu internetdə yayıb. Onlar bildirib ki, oğurlanmış Rusiya vətəndaşı Konstantin Juravlyov üsyançılarla bağlı məlumat toplayıb onu Suriyadakı rejimin hərbçilərini ötürürmüş.

Rusiya səfirliyi isə bunu təkzib edərək, yaraqlıların bəyanatını "gülməli" adlandırıb və onun ərəbcə bilmədiyini vurğulayıb.

Juravlyovun dostu Oleq Patsaya isə Konstantinin Suriyaya Türkiyə və Misirdən keçərək, getdiyini söyləyib. O.Patsaya deyib ki, K.Juravlyov "Çöllükdə tənha" layihəsi çərçivəsində 21 gün Saxaranın şərq hissəsində qalmağı planlaşdırırmış.

AzNews.az