Partlayıcılar vaxtından qabaq işə düşdü

Əfqanıstanın Qəndəhar, Uruzqan və Helman vilayətlərində parlayışlar törətmək istəyən kamekadzelərin bütün planları alt-üst olub.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, baş verən partlayışlarda 4 nəfər kamikadze ölüb, 2 kamikadze də yaralanıb.

Yerli hökumət nümayəndələrinin verdiyi məlumata görə, Qəndəhar vilayətində ölən kamikadzelər üzərlərinə bağladıqları partlayıcı maddələrin işə düşməsi nəticəsində həlak olublar.

Uruzqan vilayətində isə motosikletə bağlanmış bombanın partlaması nəticəsində iki nəfər kamikadze məqsədlərinə çatmadan ölüblər. Helmand vilayətində də partlayıcı bağlanmış motosiklet partlayıb və iki nəfər kamikadze ağır yaralanıb.


AzNews.az