“Qırmızı Xaç“ın 7 əməkdaşı oğurlandı

Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbərliyi Suriyanın şimal-qərbində qurumun 7 əməkdaşının oğurlandığını bəyan edib.
Musavat.com-un BBC-yə istinadla verdiyi xəbərə görə, əməkdaşlar İdlib əyalətinin Sarakeb şəhəri yaxınlığında silahlı şəxslər tərəfindən oğurlanıb.

Məlumatlara görə, qrup humanitar yardım çatdırmaqla məşğul imiş. Hələlik insidentə görə kimin məsuliyyət daşıdığı bilinmir.

AzNews.az