Polislərə atəş açan sürücü öldürüldü

Dağıstanın Xasavyurt rayonunda polisin əmrinə tabe olmayaraq, atəş açan sürücü polislər tərəfindən öldürülüb. Hadisə oktyabrın 17-də gecə yarısı baş verib.

AzNews.az Lifenews.ru-ya istinadən xəbər verir ki, post patrul xidməti əməkdaşları sürücünü saxlamaq istəyərkən, tapançadan atəşlə cavablanıblar. Bundan sonra polislər də odlu silahdan istifadə etməyə məcbur olublar. Hadisə nəticəsində sürücü öldürülüb, bir nəfər polis olmaqla iki nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisə yerində istintaq qrupu işləyir. Atəş açan sürücünün şəxsiyyətini müəyyən etməyə çalışırlar.

Elman
AzNews.az