- Köhnə - Dünya
- 22 Oktyabr 2013 15:10
- 3 528
Məşhur İtalyan stilistin cəsədi tapıldı
Məşhur İtalyan stilist Vittorio Missoninin cəsədinin yeri həyatını itirdiyi təyyarə qəzasından təxminən 9 ay sonra aşkarlanıb.
AzNews.az-ın verdiyi məlumata görə, cəsədin Venesuelanın qərbində olduğu bildirilir. Adıçəkilən ölkənin Baş prokuroru Luisa Orteqa deyib ki, dalğıclar dənizin 70 metr dərinliyində olan təyyarənin qalıqlarından 5 adamın cəsədini çıxarıblar.
L. Orteqa deyib ki, cəsədlər uzun müddət su altında qaldıqları üçün tanınmayacaq vəziyyətdədir və onların şəxsiyyətini müəyyən etmək üçün DNT testi aparılacaq.
Qeyd edək ki, məşhur "Missoni Moda Evi"nin 58 yaşlı rəhbəri Vittorio Missoni ilə həyat yoldaşı Maurizia Kastiqlioninin içində olduğu təyyarə bu il yanvarın 4-də Los Roques adasında havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib. Təyyarənin qalıqları 27 iyunda ABŞ-a aid bir araşdırma gəmisi tərəfindən Los Roques adası sahillərində, suyun 70 metr dərinliyində tapılıb.
Rəhim Qədirov
AzNews.az