- Köhnə - Dünya
- 25 Oktyabr 2013 07:30
- 4 431
Prezidentin qatilinin SSRİ-də hazırlanan üzüyü satıldı
Amerika prezidenti Con Kennedinin qatili Osvaldın SSRİ-də hazırlanan üzüyü 118 min dollara satılıb.
"Associated Press" xəbər verir ki, satış Bostonda gerçəkləşib.
Üzüyü Texas ştatından olan kolleksiyaçının aldığı bildirilir. Üzüyü Osvaldın 72 yaşlı dul qadını Marina Osvald təqdim edib.
O bunu əri ilə bağlı xatərələrdən azad olmaq üçün etdiyini bildirib.
Marina Osvald Li Harvi Osvaldla 1961-ci ildə Minskdə tanış olub. Osvald 1959-cu ildə Amerika vətəndaşlığından imtina etmişdi. Onlar tanışlıqdan 2 ay sonra evləniblər.
Ekspertlər üzüyün hansı zavodda hazrlandığını müəyyən edə bilməyib. Məlum olan odur ki, üzük SSRİ-də hazırlanıb, üzərində ulduz şəklində dövlət markası var.
Elnur
AzNews.az