Bəhreyn geri çağırdığı səfirini yenidən İrana qaytardı Bəhreyn geri çağırdığı səfirini yenidən İrana qaytardı

Bəhreyn İran diplomatik münasibətlərində yeni dönəm

Bəhreyn geri çağırdığı səfirini yenidən İrana qaytardı


Bəhreyn 1 ildir ki, diplomatik münasibətləri dayandırdığı İrana səfirini geri göndərib. AzNews.az newsru.com saytına istinadən xəbər verir ki, bu barədə bəyanatı Bəhreyn Krallığının xarici işlər naziri şeyx Xəlifə Əl-xəlifə verib.

Qeyd edək ki, tətrəflər arasında diplomatik münasibətlər bir il bundan öncə dayandırılıb. Diplomatik münasibətlərin dayandırılmasına səbəb isə İranın Bəhreyn Krallığının ünvanına tənqidi fikirlər söyləməsi olub.

Iran Bəhreyn Krallığını şiə müsəlmanlarına qarşı güc tətbiq etməkdə ittiham etmiş, qarşı tərəf isə İranı ölkəsinin daxili işlərinə kobud müdaxilədə günahlandırmış və İranı etiraz aksiyalarına dəstək verməkdə suçlayıb.

Sadiq

AzNews.az