ABŞ-da insanları şoka salan cinayət törədilib. 20 yaşlı Ellyzabeth Rainey adlı bir gəlin qayınanasını isti suda qaynadıb, sonra isə bıçaqla doğrayıb. AzNews.az xəbər verir ki, hadisə Colorado Springsdə baş verib. Gəlin bu qorxunc hadisəni etiraf etdikdən sonra 41 illik həbs cəzasına məhkum edilib. Rainey, qaynanasını əvvəlcə qaynar suda xaşladığını, üzərinə ağır əşyalar atdığını, bıçaqladıqdan sonra isə ağzına və burnuna paltar yumaq üçün nəzərdə tutulan təmizləyici maddə tökdüyünü açıqlayıb. O, qadını öldürdükdən sonra yatağının altında gizlədib. Səs-küy eşidən qonşuların şikayətindən sonra isə gənc qadın həbs olunub. Raineyin bir müddət əvvəl ərindən boşandığı, yeni doğulmuş körpəyə baxması üçün qaynanası ilə bilikdə ev kiraladığı və birlikdə yaşadıqları bildirilir. Həbs olunan gənc qadın indi də tez-tez qayınanasının səsini eşitdiyini söyləyincə xəstəxanaya aparılıb.
Elman
AzNews.az