- Köhnə - Dünya
- 7 Aprel 2015 17:42
- 5 409
Ərdoğan İranda - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Tehrana gedib.
AZNEWS.AZ xəbər verir ki, Ərdoğan İran Prezidenti Həsən Ruhani tərəfindən rəsmi mərasimlə qarşılanıb.Prezident Ərdoğan iranlı millət vəkillərindən gələn reaksiyalara baxmayaraq kritik İran səfərinə başlayıb. Tehranda dörd il aradan sonra prezident səviyyəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci iclası da keçiriləcək.
Prezident Ərdoğan Mehrabad Hava Limanında bir çox rəsmilər tərəfindən qarşılanıb.
Sonra Tehrandakı Prezident Sarayında Ruhani tərəfindən Ərdoğan üçün rəsmi qarşılanma mərasimi keçirilib.
Ərdoğanı gətirən avtomobil atlı əsgərlər tərəfindən sarayın xaricində qarşılanıb. Ərdoğanı mərasimin keçiriləcəyi sahədə İran Prezidenti Ruhani qarşılayıb. Avtomobildən enən Ərdoğan Ruhani ilə mehriban görüşüb və bir müddət onlar bir-birinin əlini sıxıb.
Prezident Ərdoğan İran Prezidenti Ruhani ilə birgə mətbuat toplantısında iştirak edib.
İran Prezidenti Ruhani Türkiyə ilə ticarətin 30 milyard dollara çıxarılması, qaz, neft ticarəti məsələsini müzakirə etdiklərini deyib.
Türkiyəyə nüvə məsələsində İrana verdiyi dəstəyə görə təşəkkür edən Ruhani regiondakı vəziyyət üçün kritik bir dövrdə olduqlarını qeyd edib.
Ruhani Ərdoğanla İraq, Suriya, Yəməndəki proseslər haqda danışıb və problemlərin həll edilməsi məsələsində sülhün vacibliyini vurğulayıb.
Ərdoğan sözlərinə "Bismillahir-rəhmanir-rəhim" deyərək başlayıb. Ərdoğan Türkiyənin 4 milyard dollarlıq ixracına qarşı İranın 10 milyard dollarlıq ixracı olduğunu xüsusi vurğulayıb.
Türkiyə Prezidenti deyib: "Biz bir-birimizə müraciət edəndə eşidəcək qədər yaxınıq. Nəqliyyatda böyük çətinliklər var. Bürokratiya burada bir maneədir. Turizm sahəsində potensialdan az istifadə edilir. Turizmdə atılacaq addımlar barədə Türkiyənin böyük təcrübəsi var. Valyuta məzənnəsində digər valyutaların təzyiqi altında qalmamalıyıq. İran və Türkiyə öz pulları ilə ticarət edə bilərlər. Bu barədə mərkəzi banklar lazımi addımlar atmalıdır. İraq Türkiyənin qan ağladığı nöqtələrdən biridir. Bu gün hələ də İraqda xeyli insan həyatını itirir. Orada tarix, mədəniyyət qətlə yetirilib. Suriyada da yüz minlərlə insan ölüb. Hər yerdə ölən müsəlmandır".