- Köhnə - Dünya
- 8 Aprel 2015 14:49
- 2 620
İŞİD Türkiyə sərhədində bomba partlatdı: 8 ölü, 23 yaralı
İŞİD yaraqlıları Suriyanın Türkiyə sərhədinə yaxın bölgəsində 2 avtomobil partladıb.
AZNEWS.AZ xəbər verir ki, nəticədə 8 nəfər həyatını itirib, 23 nəfər isə yaralanıb.
Ağır yaralı olan 7 nəfər Türkiyə ilə sərhədə gətirilib və sanitar maşınlarla Kilis Dövlət Xəstəxanasına aparılıb.
Hadisənin Hələbin Havara kəndi ilə Meria qəsəbəsi arasındakı ərazidə baş verdiyi deyilir.