- Köhnə - Dünya
- 24 Aprel 2015 22:36
- 3 874
Türkiyədən Putinə çox sərt reaksiya - “Soyqırımı özləri törədib”
Türkiyənin Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Moskva şəhərində çıxışı zamanı 1915-ci il hadisələrini "soyqırım" adlandırmasına sərt reaksiya verib.
AzNews.az xəbər verir ki, nazirlik bununla bağlı çox sərt açıqlama yayıb.
Açıqlamada deyilir: "Rusiya Prezidenti Putinin bütün xəbərdarlıq və çağırışlarımıza baxmayaraq 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirilməsini rədd edir və pisləyirik. Hüquq pozuntusu olan bu cür siyasi bəyanatlar Türkiyə üçün yox dərəcəsindədir. Rusiya Qafqaz, Orta Asiya və Şərqi Avropada yüz il ərzində həyata keçirdiyi kütləvi qırğınları, sürgünləri, Türk və Müsəlman xalqlarına qarşı qeyri-insani əməllərini nədənsə unudur. Əslində soyqırımı elə onların özləri törədib. Dumanın 1995-ci ildən bəri erməni iddialarını dəstəkləyən siyasi bəyanatlar verməsi vərdiş halını alıb. Bu ənənəni pozmayan Duma 24 aprel 2015-ci ildə də yeni bir açıqlama yayıb. Bu açıqlamanı da, Rusiya Prezidentinin Ermənistanın yüz il təbliğat kampaniyasının şousunda iştirak etmək üçün İrəvana getməsini də pisləyirik. Rusiya Ermənistana qarşı tərəfdaş mövqeyini bir kənara qoymalı və erməniləri məcbur etməlidir ki, Türkiyənin dostluq və sülh çağırışlarına müsbət cavab versin".