- Köhnə - Dünya
- 27 Aprel 2015 23:55
- 2 368
ABŞ-da qaradərili qadın ilk dəfə ədliyyə naziri oldu
ABŞ-da qaradərili qadın Loretta Lynch and içərək ilk dəfə ədliyyə naziri vəzifəsinə başlayıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.
Ədliyyə Nazirliyində keçirilən andiçmə mərasimi ABŞ-ın vitse-prezidenti Co Baydenin rəhbərliyilə baş tutub.
Qeyd edək ki, bundan öncə bu vəzifədə 6 il Erik Holder çalışıb.
Ölkənin 83-cü ədliyyə naziri olan Lynch mərasimdə etdiyi çıxışında terrorizm, kiber hücumlar və ölkənin qarşılaşdığı digər təhdidlərlə mübarizədə əlindən gələni edəcəyini bildirib.
55 yaşlı yeni nazir vurğulayıb ki, son dövrlər qaradərili insanların polis məmurları tərəfindən öldürülməsindən sonra polis təşkilatlarının imici aşağı düşüb: "Çalışacağam ki, bu imic əvvəlki vəziyyətinə qayıtsın".